Xəbər lenti
04/07/2025 [13:46]
Sabah yağış yağacaq
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Siyavuş Novruzovdan rayonlarla bağlı MARAQLI TƏKLİF

Baxılıb: 567     Tarix: 14-11-2018 09:23   
Azərbaycanda bir sıra rayonlar artıq özləri öz büdcəsin təmin edirlər və hesab edirəm ki, o rayonları həvəsləndirmək lazımdır.
Qanunvehedef.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, bəzi strukturlar haqqında qərarlar qəbul edilib ki, cərimələr toplayırsa, onun 50 faizi həmin təşkilatların hesabına keçir: "Hesab edirəm ki, əgər rayon öz büdcəsini yerinə yetirirsə, bir az da artıq toplayırsa, ondan da müəyyən faiz rayonun büdcəsində qalsın ki, o qalan büdcədən də sosial xərclərə sərf etsin. Bu çox vacib olan bir məsələdir. Bizim iri şəhərlərimizin əksəriyyəti öz büdcəsi ilə özün təmin edə bilsə, dövlət büdcəsinə yüngüllük gətirər".
Deputat qeyd edib ki, Azərbaycanda yeni tikilən xəstəxanalar, idman kompleksləri var. Onları hansısa formada saxlamaqdansa, istifadə edilməsi üçün sahibkarlara icarəyə verilməlidir.
O qeyd edib ki, bununla da dövlət büdcəsindən onlara ayrılan maliyyə azaldıla bilər: "Bu addım həmin rayonlara sərmayələrə gətirə bilər".шаблоны для dle 11.2



Ən çox oxunanlar