Bu şəxslərin də maaşları ARTIRILDI - SİYAHI
Baxılıb: 670 Tarix: 04-05-2018 13:55
Konstitusiya Məhkəməsi üzvlərinin və hakimlərin əməkhaqları 10 faiz artırılır.
Bununla bağlı parlamentin bugünkü plenar iclasında müvafiq qanuna dəyişiklik edilib.
"Məhkəmələr və hakimlər haqqında", "Konstitusiya Məhkəməsi haqqında" qanun layihələri parlamentə ölkə Prezidenti İlham Əliyevin təqdimatı ilə daxil olub.
Maaş artımına əsasən,
"Məhkəmələr və hakimlər haqqında" Qanunun 106-cı (Hakimlərin maddi təminatı) maddəsinə edilən dəyişikliyə əsasən, Ali Məhkəmənin sədrinə 2280 manat həcmində maaş veriləcək. İndiyədək bu rəqəm 2070 olub.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin sədrlərinə ali məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində, yəni 2052 manat maaş veriləcək.
Ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin və inzibati-iqtisadi məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində, 1 824 manat əmək haqqı veriləcək.
Digər məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində, yəni 1 596 manat maaş nəzərdə tutulur. Bütün məhkəmələrin sədr müavinləri müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində, yəni 1436 manat maaş alacaq.
Dəyişikliklər səsə qoyularaq qəbul edildi.

Ən çox oxunanlar
Son xəbərlər