Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Neftin taleyini üç şəxs müəyyənləşdirir

Baxılıb: 810     Tarix: 20-11-2018 11:22   

Dünyada neft qiymətlərini üç siyasətçi – Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman müəyyənləşdirir.
Qanunvehedef.az xəbər verir ki, “Blumberq” agentliyi artıq OPEK-in qiymət müəyyənləşdirilməsində rol oynamadığını bildirib. Belə ki, ABŞ, Rusiya və Səudiyyə Ərəbistanının OPEK-in digər 15 üzvündən daha çox neft istehsal etdiyi açıqlanıb:
“Bu üç ölkənin liderlərinin fərqli hədəfləri var. Ər-Riyad büdcəni doldurmaqdan ötrü yanacaq ixracını davam etdirir. Tramp isə öz növbəsində Səudiyyə Ərəbistanı ilə yaxşı münasibətləri Qaşıqçı cinayəti fonunda qoruyub saxlamaq istəyir.
Rusiyanın neft qiymətlərindən asılılığı 2016-cı ilə nisbətdə daha azdır. Belə ki, neft şirkətləri buraya qoyduqları investisiyalardan gəlir əldə etmək istəyirlər.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar