Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Azərbaycanda bu vəzifənin maaşı artırıldı – 2230 MANAT oldu

Baxılıb: 769     Tarix: 27-11-2018 13:18   

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) maaşı artırılıb.
Qanunvehedef.az xəbər verir ki, saytının məlumatına görə, bununla bağlı Milli Məclisin iclasında "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" qanunun 16-cı maddəsinə (Müvəkkilin sosial, maliyyə və digər təminatları) dəyişiklik edilib.
Dəyişikliyə görə, Müvəkkil 2230 manat məbləğində aylıq əmək haqqı alacaq. Hazırki qanunvericilikdə isə belədir: "Müvəkkil 2025 manat məbləğində aylıq əmək haqqı alır".
Qanununun 1-ci maddəsində nəzərdə tutulmuş dəyişiklik 2018-ci il mayın 1-dən tətbiq ediləcək.
Ombudsmanla bağlı qanuna dəyişiklik II oxunuşda qəbul edilib. Hazırda Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) 81 yaşlı Elmira Süleymanovadır.
Ombudsman Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci ilin mart ayının 5-də başa çatıb. Lakin yeni Ombudsman seçilmədiyindən o, fəaliyyətini davam etdirir. Xatırladaq ki, Elmira Süleymanova iki dəfə - 2002 və 2010-cu illərdə Ombudsman seçilib.
Qanunvericiliyə görə, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisə yeni Ombudsmanın seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində yeni müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar