Xəbər lenti
23/07/2026 [12:57]
Sabah 39° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Eks-nazirdən manat açıqlaması: Şərifovun bu çıxışı...

Baxılıb: 706     Tarix: 07-12-2018 11:39   

Maliyyə naziri Samir Şərifovun manatın məzənnəsi ilə bağlı açıqlamasını dərhal Azərbaycanda devalvasiya olacağı ilə bağlı çağırışa çevirmək lazım deyil.
Bu sözləri Qanunvehedef.az-a açıqlamasında keçmiş maliyyə naziri, professor Fikrət Yusifov deyib.
O bildirib ki, nazir sadəcə manatın məzənnəsinin ixracı stimullaşdırmaq nöqteyi-nəzərdən bir qədər yumşalmasının məqsdəuyğunluğundan danışıb:
“Qonşu ölkələrdə xüsusilə Rusiya, Türkiyə, Qazaxıstan, İranda milli valyuta ucuzlaşanda biz özümüz də təklif etmişdik ki, Azərbaycanda qeyri-neft sektorunda olan ixracı stimullaşdırmaq, qeyri-neft sektorunda çalışan müəssisələrin fəaliyyətini normal təmin etmək üçün manatın müəyyən qədər yumşalmasına getmək lazımdır. Ona görə Samir Şərifovun bu açıqlaması yeni fikir deyil. Yəni bu fikir manatın kəskin devalvasiyasına yönəlik deyil. Hesab edirəm ki, vəziyyət ölçülüb-biçilməli, ondan sonra qərar qəbul edilməlidir”.
F.Yusifov vurğulayıb ki, neftin bundan sonra dünya bazarında qiymətinin necə olacağı da xüsusilə diqqət mərkəzində saxlanılmalıdır:
“Bu gün OPEK-in dünəndən başlanan toplantısında yekun qərar qəbul ediləcək. Toplantıda neftin hasilatının gündəlik 1,3-1,5 milyon barrel azaldılması təklif edildi. Bununla da neftin qiymətlərinin 65-70 dollar civarında saxlamaq mümkün olacaq. Amma Rusiya hələ bu qərara müqavimət göstərir. Günün sonunda hansı qərarın qəbul ediləcəyi məlum deyil. Ona görə vəziyyətin neftin qiymətlərindən asılı olacağını da nəzərdə saxlamaq lazımdır”.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar