Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

"Yanvarda çörəkdən başqa hər şeyin qiyməti BAHALAŞACAQ! - Ekspertdən MÜHÜM PROQNOZ

Baxılıb: 808     Tarix: 07-12-2018 13:13   

Son zamanlar sosial şəbəkələrdə Yeni ildən sonra kommunal xidmətlərin, benzinin və dolların qiymətində bahalaşmanın olacağı ilə bağlı müzakirələr aparılır. Bir çoxlarını isə bu bahalaşmanın qida məhsullarının qiymətinə necə təsir edəcəyi maraqlandırır.
Bununla bağlı big.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli bildirib ki, vergi məcəlləsinə olan son dəyişikliklərdən sonra aksiz maraqlı bütün məhsullar bahalaşacaq.
"İlk öncə spirtli, energetik içkilər, tütün məhsulları, hətta elektron siqaretlərində qiymətində artım olacaq. Bu günə kimi elektron siqaret və onların mayeləri, energetik aksiz markasına daxil edilməmişdi. Amma dəyişikliklərə əsasən, onlar da artıq aksiz markasına daxil edilib. 2019- cu ilin büdcə gəlirlərdən də görürük ki, aksiz markalarından daxil olacaq gəlirlər 210 milyon manat artılıb. 210 milyon manat artım digər qida məhsullarının bahalaşmasına səbəb olacaq. Son rüsumlarla bağlı vergi məcəlləsinə edilən son dəyişikliklər məhsulların bahalaşmasına səbəb olacaq".
Ekspert bahalaşmanın bazara psixoloji təsir göstərəcəyini də vurğulayıb: "Bazarda məhsulların 20-30 faizində bahalaşma gedirsə, digər məhsullara isə psixoloji təsir göstərəcək. Yanvar ayından sonra bahalaşma sürətlə gedəcək. Ümumi ərzaq məhsulların bahalaşması gözlənilir. Digər daşınmaz əmlak, xidmət sahələrində də bahalaşma olacaq. Daşınmaz əmlaka olan bahalaşma ola bilsin ki, ilin ortalarında hiss edilə bilər. Amma xidmət sahəsində olan bahalaşma yanvar ayından sonra olacaq. Qiymət artımı bizi il boyu müşahidə edəcək".
Akif Nəsirli qeyd edib ki, çörəyin qiyməti dövlət tərəfindən tənzimləndiyi üçün çörəyin qiymətində artım müşahidə olunmaya bilər: "Amma ət və ət məhsullarının qiyməti də yeni ildən bahalaşacaq. İl boyu da ət məhsullarının qiymətində artım müşahidə olunacaq. Çünki ət məhsullarının qiymətini artıran problemlər aradan qaldırılmayıb. Ölkədə heyvandarlıq pambıqçılığa qurban verilib".шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar