Xəbər lenti
04/07/2025 [13:46]
Sabah yağış yağacaq
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

İşıq borcu olanlara ŞAD XƏBƏR: bundan sonra...

Baxılıb: 538     Tarix: 15-12-2018 14:33   

"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti rəsmi internet saytının yenilənmiş variantının təqdimatını keçirib.
Qanunvehedef.az xəbər verir ki, qurumun yeni saytı əvvəlki versiyaya nisbətən daha interaktivdir.
Təqdimat mərasimində çıxış edən qurumun İnformasiya texnologiyaları departamentinin direktor müavini Emin Əmirov deyib ki, saytda abunəçilər üçün elektron kabinet yaradılıb:
"Bu kabinet vasitəsi ilə onlar elektrik enerjisi istehlakı ilə bağlı bütün məlumatları əldə edə biləcəklər".
Qurum sözçüsü saytda qeydiyyatdan keçən abunəçilərin baş verən qəzalar və kəsintilərlə bağlı da məlumat ala biləcəyini qeyd edib:
"Kabinetdə qeydiyyatdan keçən abonentlər istənilən vaxt istifadə etdiyi elektrik enerjisi, borc barədə məlumat ala biləcəklər. Abonent, həmçinin telefon nömrəsini əlavə etməklə borcu öyrənə bilər. Bununla yanaşı, abonent şəxsi kabinetdə telefon nömrəsini qeyd edərsə, hər ay onun telefonuna aylıq istifadə edilən elektrik enerjisinə görə borc barədə sms məlumat göndəriləcək. Saytda abonent kodunu yığmaqla bütün ölkə ərazisində olan istənilən mənzilərin elektrik enerji borcunu da öyrənmək olur".шаблоны для dle 11.2



Ən çox oxunanlar