Xəbər lenti
23/07/2026 [12:57]
Sabah 39° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

BirBank “Millinet” mükafatı aldı

Baxılıb: 688     Tarix: 24-12-2018 13:04   

“Kapital Bank”ın BirBank mobil tətbiqi Azərbaycan İnternet forumunun təsis etdiyi “Millinet” mükafatına layiq görülüb.
Qanunvehedef.az xəbər verir ki, BirBank ölkənin “Elektron hökumət və maliyyə-bank mobil tətbiqi” nominasiyasında ən yaxşı mobil tətbiq seçilib.
“Millinet” Milli İnternet Mükafatı 2009-cu ildən etibarən hər il Azərbaycan internet məkanında korporativ, ictimai-sosial, media və informasiya saytları, bloqlar və mobil tətbiqlər arasında ən yaxşılarını müəyyən edir.
Qeyd edək ki, BirBank tətbiqini 300 000 nəfərdən artıq istifadəçi App Store və Play Store-dan yükləyib. Hal-hazırda iOS və Android əməliyyat sistemləri BirBank-ı yüklənmə sayı, istifadə dərəcəsi və istifadəçi rəyləri əsasında maliyyə sektorunun ən yaxşı tətbiqi olduğunu bildirərək, müştərilərə tövsiyə edir.
Həmçinin tətbiq vasitəsilə Azərbaycanda ilk dəfə olaraq QR Pay ödəniş sistemində ödənişlər həyata keçirmək mümkündür. QR Pay vasitəsilə BirBank istifadəçiləri mağazalarda kart olmadan ödəniş edə bilirlər. Bunun üçün kassalarda olan xüsusi posterdəki QR şifrəni, smartfonun kamerası ilə skan etmək lazımdır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 11 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar