Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Neft sürətlə ucuzlaşır: OPEK təcili toplanacaqmı?

Baxılıb: 856     Tarix: 25-12-2018 11:20   
Qlobal birjalar son 20 ayda ən aşağı səviyyəni nümayiş etdirib.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert bildirib ki, əmtəələr indeksi də son 3 ilin ən aşağı səviyyəsindədir:
“Azalmalar neft bazarından da yan keçməyib. “Brent” markalı neftin bir barreli 50 dollarlıq psixoloji həddədək ucuzlaşıb. Neft 1 gündə 6 faizdən çox dəyər itirib. Qiymətlərin kəskin azalması OPEK-i təcili görüş keçirməyə məcbur edir. Kartel artıq üzvlərinə müraciət etsə də, belə bir görüşün yaxın günlərdə reallaşması və bütövlükdə qiymət azalmalarının qarşısının alınması real deyil”.
İqtisadçı neftin ucuzlaşmasının Azərbaycana təsirindən də söz açıb:
“Azərbaycanın gündəlik neft ixracatının 783 min barrel olduğunu nəzərə alsaq, neftin qiymətinin aşağı düşməsinin ölkəmizə təsirini müəyyənləşdirmək çətin olmaz. Belə ki, neftin bir barrelinin qiyməti 86 dollar olan zaman neft ixracatımızın dəyəri 67 milyon 338 min dollar idi. Bu rəqəmə bütün xərclər daxil idi və mənfəətin 75 faizi Azərbaycan dövlətinə çatırdı. Mövcud qiymətlərlə neft ixracatının dəyəri 39 milyon 150 min dollardır. Bu o deməkdir ki, bu ilin oktyabr ayı ilə müqayisədə gündəlik neft ixracatımızın dəyəri 28 milyon 188 min dollar azalıb. OPEK-in son toplantısında ölkəmizin gündəlik hasilatının 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürdüyünü də nəzərə alsaq, o zaman gündəlik neft ixracatından əldə edilən gəlirin daha çox azaldığının şahidi olarıq”.
Qeyd edək ki, bu gün “Brent” markalı neftin bir barreli 3,35 dollar ucuzlaşaraq, 50,47 dollara qədər geriləyib.
VTİ markalı neftin bir barreli isə 3,06 dollar enərək, 42,53 dollar olub.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar