Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Neftin ucuzlaşma səbəbi: hər iki tərəf uduzur...

Baxılıb: 500     Tarix: 31-12-2018 14:46   
Neft bazarında olan qeyri stabillik, yəni qiymətlərin kəskin dəyişməsi nə hasilatçılar üçün, nə də istehlakçılar üçün sərfəlidir.
Bu sözləri Qanunvehedef.az-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib. Onun sözlərinə görə ixtacatçılar gəlirlərini hansısa qiymətlə proqnozlaşdırır ki, bunun əsasında gələcək investisiya siyasətini həyata keçirsin, idxalçılar isə bu qiymətə özünü kökləyib neft idxalı həcmlərini proqnozlaşdırır:
“Proqnozdan yüksək qiymətdə bir müddətdən sonra neftə tələbat azalır, çünki bir xeyli istehlakçı üçün neft əlçatan olmur və onlar hər vasitə ilə qənaət rejiminə keçir. İnkişaf etmiş ölkələrdə isə alternativ enerjiyə maraq artır və enerjidən az istifadə edən texnologiyalara kapital axını baş verir. Neftin aşağı qiymətində isə hasilatçı ölkələrin gəlirləri kəskin azalır. Onlar isə inkişaf etmiş ölkələrin istehsal etdiyi mal və xidmətlərin əsas idxalçısı kimi çıxış edir. Gəlirləri azaldığından idxalı da azaltmalı olurlar. Nəticədə dünyanın texnoloji və böyük şirkətlərinin dövriyyəsi də azalır. Göründüyü kimi, əslində neftin nə baha qiyməti, nə də aşağı qiyməti dünya üçün maraqlıdır. Dünya iqtisadiyyatının stabil inkişafı üçün enerjinin böyük istehlakçı kütləsi üçün əlçatan olması vacib şərtdir. Yəni neftin “qızıl orta” qiyməti - hazırda bu hədd 60-65 dəhlizi hesab edilir”.
İ.Şaban neftin qiymətinin aşağı düşməsinin səbəblərinə də münasibət bildirib:
“Bazarda izafi neft həcmləri var. Necə ki o həcmlərin azaldılması təmin edilməyib, neft qiymətlərinin 60 dollara qədər yüksəlməsi mümkünsüzdür. Bu isə 2019-cu ilin I yarımilliyində əsas bazar iştirakçıları qarşısında duran əsas vəzifələrdən biridir”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar