Xəbər lenti
23/07/2026 [12:57]
Sabah 39° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bakı əhalisi qeyri-ərzaq məhsullarına daha çox pul xərcləyib - 9,6 milyard manat

Baxılıb: 619     Tarix: 02-01-2019 17:24   

2018-ci ilin yanvar-noyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar- noyabr ayları ilə müqayisədə 3,4 faiz artaraq 17 milyard 568,6 milyon manat olub.
Qanunvehedef.az Trend-ə istinadən xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz artaraq 7 milyard 949,1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,4 faiz artaraq 9 milyard 619,5 milyon manata bərabər olub.
İstehlak məhsullarının 24,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 61,9 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 33,1 milyon manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 19,3 faiz az istehlak məhsulları satılıb. Satışın bu növü vasitəsilə qeyri-ərzaq məhsulları realizə olunub.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar