Xəbər lenti
23/07/2026 [12:57]
Sabah 39° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Rublun ucuzlaşma səbəbi: 2019-da Rusiyanı nə gözləyir?

Baxılıb: 795     Tarix: 04-01-2019 13:30   

Neft bazarında gedən proseslər birbaşa rublun məzənnəsinə təsir göstərir.
Bu sözləri Qanunvehedef.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
“Ötən ilin sonlarında neftin kəskin ucuzlaşması Rusiyada iqtisadi aktivliyin zəiflədiyi dövrə təsadüf etdi. Bu proses də ilin əvvəllində birjalarda öz əskini tapdı. Buna görə də iki gündür neft qiymətlərində müşahidə olunan yüksəliş rubla təsir göstərmir və ya cox cüzi təsir edir. Hətta ilin ilk günündə dollar görünməmiş həddə - 70 rubla qədər qalxdı. İndi isə 1 dollar təqribən 68,5 rubl civarındadır”, - iqtisadçı bildirib.
Ekspert qeyd edib ki, 2019-cu ildə rublun məzənnəsi neft bazarındakı dinamika ilə yanaşı, sanksiyalardan da kəskin asılı olacaq:
“ABŞ və Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaları getdikcə rublun məzənnəsinə daha çox təsir göstərməyə başlayıb. Bu sanksiyaların əsasən maliyyə, neft, enerji və texnoloji sektorlara təsirinin artması Rusiya iqtisadiyyatını zəiflədir. Bu da özlüyündə rublun məzənnəsinə mənfi təsir göstərir. Rusiya Mərkəzi Bankı ilin sonuna yaxın 1 dolların 75 rubl, neftin qiymətinin isə 50 dollar civarında olacağını proqnozlaşdırıb. Bu proqnoz reallaşsa, o zaman rubl ən azı 10 faiz civarında dəyərdən düşəcək. Bu da Rusiyanın ticarət tərəfdaşlarına təsirsiz ötüşməyəcək”.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar