Xəbər lenti
26/05/2026 [12:24]
Sabah yağış yağacaq
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Avtomobil dövrü 2018-də bitdi: Elektromobillər gəlir

Baxılıb: 642     Tarix: 07-01-2019 15:48   

2018-ci ildə dünya elektromobil bazarında sıçrayışlı artım davam edib.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri iqtisadçı Rövşən Ağayev deyib. Ekspert bildirib ki, 2016-ci illə müqayisədə 2017-ci ildə dünyada elektromobillər 70%-ə yaxın artıb:
“2017-ci ilə nisbətən 2018-ci ildə də bu avtomobil bazarında təxminən 70%-lik artım qeydə alınıb və ümumi satışın həcmi 1.9 milyona yaxın olub.
Elektromobil inqilabı artıq sərhədlərimizə də gəlib çatıb. Rusiyada 2018-ci ildə elektromobil satışı 72% artıb. Hazırda ABŞ və Kanadada istifadəyə verilmiş 1 elektrik stansiyasına orta hesabla 30 elektromobil düşür. Rusiyada isə 1 elektrik stansiyasına orta hesabla 6 elektromobil düşür. Maraqlısı isə odur ki, daxili yanma mühərriki ilə işləyən klassik avtomobil bazarının böyüməsi 2018-ci ildə artıq başa çatıb. Halbuki 1-2 il öncə bu prosesin 2022-ci ildə baş verəcəyi proqnozlaşdırılırdı. Bu o deməkdir ki, bundan sonra dünyada avtomobil bazarının böyüməsi yalnız elektromobillər hesabına baş verəcək və nəticədə yaxın 10 ildə dünya üzrə avtomobil parkında elektromobillərin payının hazırkı 3%-dən ən azı 15-20%-ə çatması mümkün olacaq”.
İqtisadçı 2025-ci ildə elektromobillərin qiymətinin ənənəvi avtomobillərdən ucuz olacağını qeyd edib:
“Nəzərə alsaq ki, neft istehlakının az qala yarısı avtomobil sənayesi ilə bağlıdır, o zaman neftə qlobal tələbatı da bu bazarda baş verənlər əhəmiyyətli dərəcədə həll edəcək”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar