Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ayfonun bu modellərinin istehsalı azaldılır – Səbəb

Baxılıb: 824     Tarix: 09-01-2019 15:53   

ABŞ-ın Əpl şirkəti cari ilin birinci kvartalında yeni Ayfon modellərinin istehsalını 10 faiz həcmində azaldacaq.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Nikkei Asian Reviev” nəşri yazıb.
Məlumata görə, şirkət öz təchizatçılarına yanvar-mart aylarında planlaşdırılandan daha az telefon istehsal edilməsi ilə bağlı göstəriş verib. Yeni məhdudiyyətin Ayfonun XS Maks, XS və XR modellərinə şamil ediləcəyi bildirilib.
Nəşrə məlumat verən bir digər mənbənin sözlərinə görə, 2019-cu ilin ilk kvartalında həm yeni, həm də köhnə modellərin istehsalı 47-48 milyon ədəddən 40-43 milyona qədər endiriləcək. Bu isə illik istehsalın 20 faizini təşkil edəcək.
Qeyd edək ki, şirkətin bu qərarı səhmlərinin dəyərinin ucuzlaşması ilə əlaqələndirilir.шаблоны для dle 11.2