Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Nazirlikdən pensiya - Açıqlaması

Baxılıb: 699     Tarix: 10-01-2019 15:26   

Azərbaycanda gözlənilən orta ömür uzunluğu kişilər üçün 73,1 yaş, qadınlar üçün 77,8 yaş təşkil edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən Qanunvehedef.az-a verilən məlumata görə, pensiya ödənişi müddəti də məhz bu göstəricilərə və mövcud pensiya yaşına əsaslanmaqla müəyyən olunur.
Bu baxımdan həmin göstəriciləri və ölkəmizdə pensiya qanunvericiliyinə əsasən, hazırda pensiya hüququ qazanmaq üçün yaş həddinin kişilər üçün 64, qadınlar üçün 61 yaş olduğunu nəzərə aldıqda, gözlənilən pensiya ödənişinin orta müddəti kişilər üçün 9,1 il, qadınlar üçün isə 16,8 il olmaqla, ümumilikdə orta hesabla 13 il təşkil edir. Bu göstərici (13 il) isə dünya ölkələri arasında yüksək göstəricilər sırasındadır.
Digər tərəfdən, pensiya qanunvericiliyində pensiya yaşına çatmamış dünyasını dəyişən şəxslərlə bağlı da ədalətli, obyektiv yanaşmalar əksini tapır. Belə ki, əmək pensiyasının hazırda üç növü vardır ki, onlardan biri də ailə başçısını itirməyə görə pensiya növüdür.
Pensiya yaşına çatmamış dünyasını dəyişən şəxslərin sığorta stajı, ödəmiş olduqları sığorta vəsaitləri hesabına fərdi hesablarında toplanan pensiya kapitalı əsasında qanunvericilikdə nəzərdə tutulan qaydada ailələrinə pensiya təyinatı həyata keçirilir.
Hazırda əmək pensiyaçılarının 150,6 mini və ya 11,6 faizi ailə başçısını itirməyə görə pensiya alanlardır.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar