Azyaşlıların evlənməsi xəbərinə RƏSMİ MÜNASİBƏT - YENİLƏNİB
Baxılıb: 621 Tarix: 11-05-2018 19:08
Yevlax rayon Polis Şöbəsi rayonda iki azyaşlının evləndirilməsi xəbərinə münasibət bildirib. Şöbədən Qanunvehedef.az-a verilən məlumata görə, aparılan araşdırmalar nəticəsində KİV-də yayılan məlumatların həqiqətə uyğun olmaması üzə çıxıb: "Bütün kəndlərdə aparılan araşdırmanın yekunu olaraq belə bir toyun keçirilmədiyi, şəkildə əks olunan azyaşlıların ümumiyyətlə Yevlaxda yaşamadığı məlum olub".
*****
16:48
Yevlax rayon Cirdaxan kəndində qeyri-adi toy keçirilib. Qanunvehedef.az unikal.org-a istinadən xəbər verir ki, sosial şəbələlərdə toydan foto paylaşılıb və qeyd edilib ki, bəyin 12, gəlinin isə 14 yaşı var. Evlənən cütlüyün yaşının az olması isə sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub.
Məsələ ilə bağlı Cirdaxan Bələdiyyə sədri Qiyas Həsənov unikal.org-a açıqlama verib. O, həmin toyun bələdiyyə sədri olduğu kənddə deyil, rayonun başqa ərazisində baş tutduğunu qeyd edib:
"Yayılan fotodan xəbərimiz var. Sözügedən toy bizim kənddə olmayıb. Həmin toy rayonun başqa ərazisində, qaraçılar yaşayan ərazidə baş tutub. Məndə olan məlumata görə, o şəkil qaraçı toyunda şəkilib”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional Qurupundan verilən məlumata görə, sözügedən hadisə ilə bağlı Yevlax Rayon Polis şöbəsində araşdırma aparılıb. Məlum olub ki, belə bir nikah mərasimi rəsmi olaraq qeydə alınmayıb. Vurğulanıb ki, erkən nikahlarla bağlı qanunvericiliyə uyğun olaraq Daxili İşlər Nazirliyinin daim diqqət nəzarətindədir və hüquqi işlər aparılacaq.
Ən çox oxunanlar
Son xəbərlər