Xəbər lenti
26/05/2026 [12:24]
Sabah yağış yağacaq
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu sahibkarlara lazımi kömək ediləcək - AQTA

Baxılıb: 805     Tarix: 17-01-2019 11:59   

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) heyvan kəsimi fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüş keçirilib.
Qanunvehedef.az xəbər verir ki, “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli 199 saylı Sərəncamın icrasının təmin olunması istiqamətində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələrə həsr olunan görüşdə ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsi kimi məsələlər diqqət mərkəzində olub. Heyvan kəsimi və satışı sahəsində işin daha səmərəli təşkil olunması və istehlakçı hüquqlarının qorunması istiqamətində müvafiq tövsiyələr verilib. Bildirilib ki, ət və ət məhsulları sahəsində vətəndaşların və heyvan satışı ilə məşğul olan müəssisələrin təlabatını ödəmək üçün kəsim məntəqələri fəaliyyətlərini daha səmərəli və şəffaf şəkildə həyata keçirməlidir.
Görüşdə Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rəşad Mafusov heyvan kəsimi ilə məşğul olan sahibkarların qarşılaşdıqları problemləri dinləyib, onların həlli yolları barədə fikir mübadiləsi aparıb, sahibkarları maraqlandıran suallara cavab verib. R.Mafusov bildirib ki, ət məhsulları sahəsində sağlam mühitin formalaşdırılması üçün heyvan kəsimi standartlara uyğun şəkildə həyata keçirilməli və yalnız müəyyən laborator müayinələrdən sonra həmin məhsulların istehlakçılara çatdırılması təmin olunmalıdır.
R. Mafusov sahibkarların diqqətinə çatdırıb ki, agentlik tərəfindən bu istiqamətdə fəaliyyət göstərən subyektlər üçün lazım olan bütün köməkliklər, maarifləndirmə və tövsiyə xarakterli yardımlar həyata keçiriləcək.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar