Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“Kapital Bank” Euromoney – 2019 forumunda iştirak edir

Baxılıb: 1 043     Tarix: 17-01-2019 13:11   

“Kapital Bank” 15-16 yanvar tarixlərində Vyanada keçirilən 24-cü Euromoney – 2019 forumunda iştirak edir. Ənənəvi olaraq hər ilin əvvəlində maliyyə sektorunun ən nüfuzlu tədbiri olan Mərkəzi və Şərqi Avropa ölkələri forumu keçirilir.
Qanunvehedef.az xəbər verir ki, tədbirdə iştirak edən dövlət rəsmiləri, investorlar, beynəlxalq təşkilatların və maliyyə qurumlarının nümayəndələri, regionda olan cari məsələlər və problemləri müzakirə edib, eləcə də cari il üçün inkişaf planlarını açıqlayıblar. Beynəlxalq tədbirlərdə iştirak dünyanın müxtəlif şirkətlərinin inkişaf fəaliyyəti barədə aktual məlumatların toplanmasına köməklik edir.
Qeyd edək ki, “Kapital Bank” bir sıra yerli və beynəlxalq təşkilatlarla müxtəlif sahələrdə əməkdaşlıq edir. Gələcəkdə belə təşkilatların sayı artırılacaq.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 98 filialı və 12 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar