Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

"Novostroyka"lar kütləvi surətdə təhvil veriləcək – SƏRƏNCAM

Baxılıb: 753     Tarix: 17-01-2019 23:48   
Azərbaycanda, o cümlədən Bakıda tiknitisi başa çatmış və artıq məskunlaşmış bütün yeni tikililərin MTK-lardan alınaraq idarəedici şirkətlərə və sakinlərə təhvil verilməsinə başlanır.
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklikləri təsdiqləyib. Məcəlləyə əsas dəyişikliklər mənzil qanunvericiliyinin pozulması ilə əlaqədardır.
Belə ki, yeni tikililərin tiknitisi başa çatdıqdan və həmin binadakı mənzillərin ümumi sayının əlli faizindən çoxu sakinlərin mülkiyyətinə keçdikdən sonra bir ay müddətində MTK ləğv edilməli və bina sakinlərin yaratdığı mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə təhvil verilməlidir. İnzibati Məcəlləyə edilən dəyişikliklər də bununla bağlıdır ki, bu proses üçün zəruri tədbirlər görməyən vəzifəli şəxslər iki min manat, hüquqi şəxslər beş min manat cərimə ediləcək.
Qeyd edək ki, qanunvericiliyə əsasən, çoxmənzilli binaların sakinləri binanı idarə etmək üçün mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (MMMC) yaradıldıqdan sonra bu təşkilatın qərarı ilə bina idarəedici şirkətə verilməlidir.
Sakinlər özləri bu məsələni həll etməsələr, bui şlə binanın yerləşdiyi bələdiyyə məşğul olacaq. İnzibati məcəlləyə edilən digər yenilik də bələdiyyələrin cərimələnməsinə aiddir.
Belə ki, dəyüişikliyə əsasən, binanın yerləşdiyi ərazinin bələdiyyəsi bina ilə bağlı tələb olunan işləri aparmaxsa, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydanı pozmaqla, çoxmənzilli binanın idarə edilməsi, habelə həmin qaydanın müddəalarının (o cümlədən, həmin qaydada edilən sonrakı dəyişikliklərin) çoxmənzilli binanın idarə edilməsi müqaviləsində əks etdirilməməsinə görə vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Çoxmənzilli binanın sahə mülkiyyətçisi tərəfindən ona məxsus olan sahənin saxlanması xərclərini, habelə mənzil qanunvericiliyinə uyğun olaraq çoxmənzilli binanın ümumi əmlakının saxlanması xərclərini vaxtında və tam məbləğdə çəkməkdən boyun qaçırılmasına görə ödənilməli olan ödənişlərin məbləğinin yüz faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir.
Ağır xroniki xəstəliklərə düçar olmuş şəxsin sosial kirayə müqaviləsinə əsasən yaşadığı və ya köçdüyü yaşayış sahəsinin ikinci əldən kirayəyə verilməsinə görə yüz manat məbləğində cərimə edilir.Çoxmənzilli binanın sahə mülkiyyətçilərinə Mənzil Məcəlləsi ilə müəyyən olunmuş qaydada binanın idarə edilməsi üsulunun seçilməsində maneçilik törədilməsinə görə vəzifəli şəxslər üç yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar