Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

1 dollar 1,97 manat olacaq? - Manatla bağlı proqnoz

Baxılıb: 703     Tarix: 28-01-2019 13:39   

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi 2019-2021-ci illərdə manatın dollara nisbətən ucuzlaşacağına dair proqnozunu açıqlayıb.
Qanunvehedef.az oxu.az-a istinadla xəbər verir ki, agentliyin analitiklərinin qiymətləndirmələrinə əsasən, 2019-cu ildən etibarən dolların manata nisbətən məzənnəsinin möhkəmlənəcəyi müşahidə ediləcək.
2019-cu ildə orta məzənnə 1,79 manat/1 dollar, 2020-ci ildə - 1,87 manat/1 dollar, 2021-ci ildə - 1,97 manat/1 dollar səviyyəsində proqnozlaşdırılır.
"2017-ci ilin aprel ayından mübadilə məzənnəsi 1,97 manat/1 dollar səviyyəsində stabilləşib. Fikrimizcə, əgər neftin qiyməti az əlverişli olarsa, Azərbaycan hökuməti, 2015-ci ildə baş verdiyi kimi, böyük həcmdə valyuta ehtiyatlarının itkisinə yol verməmək məqsədilə mübadilə məzənnəsinin düzəlişinə gedəcək", - agentlik qeyd edir.
2018-ci ilin yekunlarına görə, manatın dollara nisbətən məzənnəsi 1,7 manat/1 dollar təşkil edib.



{sape_links}{sape_article}