Xəbər lenti
23/07/2026 [12:57]
Sabah 39° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycanda gediş haqqı azaldılır

Baxılıb: 644     Tarix: 31-01-2019 11:12   

"Azərbaycan Dəmir Yolları" QSC fevralın 4-dən Bakı-Gəncə sürət qatarının hərəkət qrafikini və gediş haqqını dəyişir.
Qanunvehedef.az quruma istinadən xəbər verir ki, gələn həftədən qatar hər gün saat 08:45-də Bakıdan Gəncəyə və elə həmin gün saat 17:00-da Gəncədən Bakıya yola düşəcək.
Qatarın yolda olma vaxtı isə əvvəlki kimi 4 saat 26 dəqiqə deyil, 4 saat 15 dəqiqə təşkil edəcək.
Bundan başqa, standart vaqonlarda gediş haqqı qiymət 15 manatdan 10 manata endiriləcək. Birinci sinif və biznes vaqonlarda isə gediş haqqı dəyişməyəcək.
Standart vaqonlarda səhər yemək və sərinləşdirici içkilərin pulsuz verilməsi dayandırılacaq. Sərnişinlər istədikləri zaman, qatarda yerləşən pullu avtomat köşklərdən istifadə edə bilərlər.
Birinci sinif və biznes vaqonlarda isə yemək və sərinləşdirici içkilərin verilməsi əvvəlki qaydada davam edəcək.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar