Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Əmanətlərin tam sığortalanması başa çatır – Ekspertdən təklif

Baxılıb: 791     Tarix: 31-01-2019 15:00   
Mart ayı yaxınlaşır və 2016-cı ildə qəbul edilmiş “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun qüvvədə olma müddəti bitir.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Samir Əliyev deyib. O bildirib ki, sözügedən qanunun tələblərinə görə, banklara yerləşdirilmiş bütün əmanətlər qorunur:
“Bir şərtlə ki, milli valyutada yerləşdirilən əmanətlərin illik faiz dərəcəsi 15, xarici valyuta əmanətlərinin illik faiz dərəcəsi isə 3 faizdən yüksək olmasın. Yaxın 1 ay ərzində müddət uzadılmasa, bu qanun qüvvəsini itirəcək və əvvəl qüvvədə olan “Əmanətlərin sığortalanması haqqında“ Qanun yenidən işə düşəcək. Bu halda bağlanacağı təqdirdə bankdan alınacaq kompensasiyanın həcmi 30 min manatdan çox olmayacaq. Bunun üçün gərək əmanətçinin bir bank üzrə əmanətlərinin həcmi illik faizlə birgə 30 min manatı ötməsin. Belə vəziyyətdə xarici valyuta, o cümlədən dollar əmanətçiləri üçün bu limit ümumiyyətlə sərf etmir. Çünki sığorta hadisəsi baş verəcəyi təqdirdə onların alacağı kompensasiyanın maksimum həcmi təxminən 17 647 dollar olacaq”.
Ekspert əmanətlərin tam sığortalanmasını nəzərdə tutan qanunun bank sektoru üçün çətin dövrdə qəbul edildiyini qeyd edib:
“Bankların bağlanması əmanətlərin müəyyən hissəsinin taleyini sual altına aldı. Çünki həmin dövrdə qorunmayan əmanətlərin payı təxminən 40%-ə çatırdı. Bir tərəfdən yüksək faizlə əmanət cəlb edilməsi, digər tərəfdən də 30 min manatlıq kompensasiya limiti əmanətlərin əhəmiyyətli hissəsini sığortadan kənarda qoyurdu. Bankların bağlanması isə təbii olaraq əmanət qaçışına rəvac vermişdi. Məsələn, 01.01.2015-ci ildən qanunun qüvvəyə mindiyi dövrə qədər (01.03.2016) manat əmanətlərinin həcmi 4,4 milyarddan 1,4 milyarda qədər azalıb. Devalvasiya dövründə əvvəlcə xarici valyutada yerləşdirilmiş əmanətlərin əhali üçün cəlbediciliyi artsa da, sonrakı dövrdə bankların bağlanması riski onların da həcmində azalma tendensiyası nümayiş etdirdi. Əmanətlərin tam sığortalanmasının həmin dövrdə əsas vəzifəsi əmanət qaçışının qarşısını almaq idi və aldı da. Ancaq manatın sabitliyi fonunda əmanət qoyuluşunda artım müşahidə edilməyə başladı. Hazırda manat əmanətlərinin həcmi 2014-cü il həddinə (4,4 milyard) çatmasa da, 3 milyarda qədər artıb ki, bu da 2012-ci il səviyyəsindədir. Ümumi əmanət qoyuluşunun həcmi isə 8 milyardı ötüb. Bunun əsas səbəbi manatın sabitliyi və əmanətlərin tam sığortalanmasıdır”.
İqtisadçı hökumətin əmanətlərin tam sığortalanması barədə qanunun uzadılıb-uzadılmaması məsələsini müzakirə etdiyini deyib:
“Bəlkə də artıq qərar var. Fikrimcə, bu qanun ən azı daha bir il (3 il daha arzuolunandır) uzadılmalıdır. Çünki bankların bağlanması riski tam aradan qalxmayıb və əmanətçilərin proseslərə həssaslığı qalmaqdadır. Ancaq sığortalanma şərtləri dəyişməlidir. Çünki banklarda izafi likvidlik yaranıb. Yüksək faizlə əmanətləri cəlb ediblər, ancaq həmin vəsaitləri, o cümlədən digər mənbələrdən cəlb edilmiş depozitləri kreditləşməyə yönəltməkdə çətinlik çəkirlər. Ona görə də əsas diqqət resursların ucuzlaşdırılmasına yönəldilməlidir. Bunun yollarından biri sığortalanan əmanətlərin illik faiz dərəcəsinin aşağı salınmasıdır”.
S.Əliyevin sözlərinə görə, ilk növbədə manat üzrə sığortalanan əmanətlərin illik faiz dərəcəsinin yuxarı tavanı 15% saxlanılmaqla, aşağı tavanı 10%-ə endirilməlidir:
“Sığortalanan əmanətlərə görə, banklardan yığılan sığorta haqqının hazırkı səviyyəsi (qorunan əmanətlərin rüb ərzində orta günlük qalıq məbləğinin 0,125 faizi) illik faiz dərəcəsi 10% olan əmanətlərə şamil edilməlidir. Qorunan əmanətlərin illik faiz dərəcəsi artdıqca sığorta haqları da ona uyğun artırılmalıdır. İllik faiz dərəcəsi 15%-dən yüksək faizlə cəlb edilən əmanətlər isə sığortalanmamalıdır. Bu addım bir tərəfdən əmanət bazarında illik faiz dərəcələrinin azalmasını təmin edəcək, digər tərəfdən bankları yüksək faizlə əmanət cəlbi niyyətindən çəkindirəcək”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar