Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Baş bankir: 2019-cu ildə manatın taleyi.

Baxılıb: 697     Tarix: 01-02-2019 12:16   

Mərkəzi Bank valyuta ehtiyatlarını 300 milyon dollara qədər artırıb.
Qanunvehedef.az xəbər verir ki. bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi bankın sədri Elman Rüstəmov deyib.
O bildirib ki, bu, 5 faiz artım deməkdir:
“Aprel və iyun aylarında qonşularımızın milli valyutasında dəyişiklik oldu və bu, manata həm də psixoloji təsir edirdi. Mən o zaman da dedim ki, bunun heç bir iqtisadi səbəbi yoxdur. Doğrudan da bu, o ölkələrdəki daxili siyasi faktorlar ilə bağlıdır”.
Baş bankir qeyd edib ki, Mərkəzi Bankın valyuta bazarında apardığı qətiyyətli siyasət nəticəsində bu psixoloji təzyiqlər aradan qaldırılıb: “Biz valyuta qıtlığını aradan qaldırmaqla tarazlığı təmin etdik”.
E.Rüstəmov bildirib ki, nakroiqtisadi vəziyyət sabitdir, ehtiyatlar kifayət qədərdir və belə bir vəziyyətdə manatın ucuzlaşacağı barədə yayılan məlumatların heç bir əsası yoxdur.
Baş bankir vurğulayıb ki, ümumiyyətlə, “devalvasiya” sözündən az istifadə etmək lazımdır. “Çevik məzənnə”, “üzən məzənnə” ilə “devalvasiya” arasında çox böyük fərqlər var. Buna görə də daha peşəkar yanaşma o olardı ki, manatla bağlı digər istilahlardan istifadə edilsin.
Ötən il Azərbaycanda orta illik inflyasiyanın 2,3 faiz təşkil etdiyini bildirən Elman Rüstəmov bildirib ki, 2018-ci ildə inflyasiya gözləniləndən daha yüksək templə azalıb və təkrəqəmli səviyyədə sabitləşib:
“2018-ci ildə inflyasiya 6,8 faiz proqnozlaşdırılsa da, dövr ərzində manatın məzənnəsinin dayanıqlılığı, pul təklifinin optimal səviyyədə idarə olunması inflyasiyaya azaldıcı təsir edib”.
Baş banker həmçinin bu il 4 faiz civarında inflyasiya proqnozlaşdırıldığını vurğulayıb.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar