Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Yevlaxda ağacların dibinə dizel yanacağı töküldü

Baxılıb: 936     Tarix: 04-02-2019 16:00   

Naməlum şəxslər tərəfindən Yevlax şəhərində yolətrafı yaşıllıq ərazidə ağacların dibinə dizel yanacağı tökülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Qanunvehedef.az-a verilən məlumata görə, araşdırma zamanı sözügedən ərazidə 5 müxtəlif cinsli ağacın dibinə dizel yanacağının töküldüyü aşkar olunub.
Faktla bağlı akt tərtib olunub və təqsirkarın müəyyən edilməsi, barəsində qanunamüvafiq tədbirin görülməsi üçün Yevlax şəhər Polis Şöbəsinə müraciət edilib.
Ağaclara profilaktik xidmət göstərilməsi, dibinin maddədən təmizlənməsi məqsədilə Yevlax şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib. Hazırda ərazidəki ağaclar bioloji inkişafdadır.шаблоны для dle 11.2