Xəbər lenti
26/05/2026 [12:24]
Sabah yağış yağacaq
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

“Unibank” daha bir yenilik etdi

Baxılıb: 908     Tarix: 11-02-2019 15:00   
Daim öz əməkdaşlarının inkişafına çalışan “Unibank”, bu istiqamətdə daha bir yenilik edib.
Qanunvehedef.az xəbər verir ki, bank, əməkdaşlarının bilik səviyyəsini “Gamefication” vasitəsi ilə inkişaf etdirir. Bank işçilərinin bilik səviyyəsinin inkişafı və artırılması məqsədini daşıyan bu yenilik, Bankın Təlim və İnkişaf Mərkəzi tərəfindən aparılır. Dünyada müxtəlif nüfuzlu şirkətlər tərəfindən tətbiq edilən bu yeni korporativ təlim təcrübəsi, şirkətlərin maliyyə, müştəri məmnunluğu və digər göstəricilərinə müsbət təsir edir. “Gamefication”ın əsas üstünlüklərindən biri, Bankdaxili qayda, prosedur, tənzimləyici orqanların təlimatları, Bankın məhsul və xidmətləri üzrə məlumatlarını məhz oyun formatında öyrənmək və oyun zamanı səhvlərin aradan qaldırılması imkanının olmasıdır. Bu format əməkdaşlar üçün adi və yorucu təlim proqramlarından daha şən və komanda ab-havasında aparılır. “Gamefication”nın ilk formatı test rejimində Müştəri xidməti üzrə çalışan əməkdaşlarla aparılır, daha sonra isə bankın digər strukturlarına da şamil olunacaq. Gələcəkdə “Gamefication”nın onlayn kompüter oyunları vasitəsilə də aparılması planlaşdırılır.
“Unibank” hər kəsin bankı!



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar