“Kapital Bank”dan sahibkarlar üçün endirimli kampaniya!
Baxılıb: 742 Tarix: 13-02-2019 11:00

Qanunvehedef.az xəbər verir ki, 28 fevral 2019-cu il tarixinədək “Kapital Bank”ın filiallarına müraciət edən sahibkarlara hesabın açılması, sahibkar kartının verilməsi, həmçinin POS terminal quraşdırılması tam olaraq pulsuz həyata keçiriləcək. Aksiya çərçivəsində bir sıra xidmətlərə endirimlər təqdim edilir. Üstəlik filiala müraciət edən hər 100-cü sahibkara 100 manat məbləğində hədiyyə kuponu veriləcək.
Qeyd edək ki, “Kapital Bank” kiçik və orta sahibkarlığın inkişafına və maliyyələşməsinə böyük önəm verir. Yeni məhsullardan olan faktorinq, qarantiya, akkreditiv, bankın öz vəsaiti və xüsusi fondlar vasitəsilə maliyyələşmələr müştərilərə təqdim olunur. Sürətli təhlil prosesi, təminatın əksər hallarda tələb olunmaması və aşağı faizlər "Kapital Bank"ın bazarda ən yaxşı şərtlər təklif etməsinə bir sübutdur.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 98 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Ən çox oxunanlar
Son xəbərlər
