Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Sabah bəzi rayonlara yağış yağacaq - PROQNOZ

Baxılıb: 683     Tarix: 14-05-2018 14:26   
Bakıda və Abşeron yarımadasında mayın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qanunvehedef.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 20-25,  Bakıda gecə 15-17, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 761 civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək.
 
Abşeron çimərliklərində mayın 15-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 15-16 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 18-19 dərəcə isti təşkil edəcək.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar