Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Vergilər Nazirliyi Bakıda forum keçirir

Baxılıb: 789     Tarix: 18-02-2019 11:33   

Fevralın 18-də Bakıda Vergilər Nazirliyinin təşkilatçılığı ilə “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda forum keçirilir.
Qanunvehedef.az xəbər verir ki, forumun məqsədi Azərbaycanda həyata keçirilən vergi siyasətinin əsas istiqamətləri, qarşıda duran vəzifələr və inkişaf perspektivləri ilə bağlı vətəndaş cəmiyyəti, işguzar dairələrlə açıq dialoqun qurulmasıdır.
Forumda çıxış edən vergilər naziri Mikayıl Cabbarov vergi sistemində aparılan islahatlar, həyata keçirilən vergi siyasətinin əsas istiqamətləri, vergi qanunvericiliyində edilmiş dəyişiklikər, dövlət-biznes münasibətləri, ölkəmizin vergi sisteminin perspektiv inkişaf istiqamətləri barədə işguzar dairələrlə fikir mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Milli Məclis, dövlət qurumları, beynəlxalq təşkilatlar, ictimai birliklər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və iş adamları iştirak edir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar