Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Yeni doğulan 2 körpə eyni vaxtda öldü - Sabirabadda

Baxılıb: 806     Tarix: 15-05-2018 09:54   

Sabirabadda iki körpə doğuşdan bir neçə saat sonra ölüb.
 
 
APA-nın Mil-Muğan  bürosunun məlumatına görə, Sabirabad rayon mərkəzi xəstəxanasının doğum şöbəsində gecə radələrində yeni doğulan 2 körpə doğuşdan sonra ölüb. Saatlı rayonu Yeni novruzlu kənd sakini, 1996-cı il təvəllüdlü Əhmədova Saniyə Daxıləli qızının gecə saatlarında doğulan oğlan cinsindən olan körpəsi səhər saatlarında ölüb. Elə həmin saatlarda Sabirabad rayonunun Əsgərbəyi kənd sakini, 1995-ci il təvəllüdlü Yusifova Rəvanə Rahil qızının dünyaya gətirdiyi qız körpəsi də bir neçə saat qaldıqdan sonra ölüb. Doğulan körpələrin hansı səbəbdən öldüyü hələlik məlum deyil. Uşaqların valideynləri hüquq-mühafizə orqanlarına müraciət ediblər. Uşaqların meyiti Sabirabad Məhkəmə tibbi ekspertiza və pataloji anatomiya  mərkəzinə müayinə olunmaq üçün yerləşdirlib.
 
 
Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar