Xəbər lenti
23/07/2026 [12:57]
Sabah 39° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SOCAR-ın yeni zavodu ixracı nə qədər artıracaq? - Açıqlama

Baxılıb: 688     Tarix: 19-02-2019 17:00   
İlkin hesablamalara görə, “SOCAR Polymer” kompleksinin tam işə düşməsi ilə ölkənin qeyri-neft sektorunun ixrac gəlirləri 18 faiz artacaq.
Bu sözləri Qanunvehedef.az-a Prezident İlham Əliyevin Sumqayıtda “SOCAR Polymer”in yüksək sıxlıqlı polietilen zavodunun açılışında iştirakı ilə bağlı danışan Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib.
“SOCAR Polymer”in səhmdarları SOCAR (52,2%), Vitol (19%), PAŞA Holdinq (9,9%), Ekoland (9,8%), “Polimer İnvestments” (5%) və AKKİK (4,1%) şirkətləridir. “SOCAR Polymer” zavodları ildə 10 çeşiddə 184 min ton polipropilen və dörd çeşiddə 120 min ton yüksək sıxlıqlı polietilen istehsal edəcək”, - İ.Şaban bildirib.
Ekspertin sözlərinə görə, Azərbaycanda aparılan sənayeləşmə siyasətinin əsas məqsədi qeyri-neft ixracını artırmaq və ölkə iqtisadiyyatını şaxələndirməkdir:
“İlkin hesablamalara görə, “SOCAR Polymer” kompleksinin tam işə düşməsi ilə ölkənin qeyri-neft sektorunun ixrac gəlirləri 18, Abşeron iqtisadi rayonunun ümumi daxili məhsulunun həcmi isə 14 faiz artacaq. İstismar dövründə ümumi gəlirin 6,6 milyard dollar olacağı gözlənilir ki, bunun 30 faizini şirkətin xalis mənfəəti təşkil edəcək. Vergilər üzrə büdcə ödənişləri isə 600 milyon dollar həcmində proqnozlaşdırılır”.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar