Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Azərbaycanda daha bir polis ÖLÜMÜ: 3 ay əvvəl eyni gündə...

Baxılıb: 725     Tarix: 15-05-2018 11:38   
Bu gün səhər saatlarında DYP-nin Qaradağ stasionar postunun əməkdaşı, 1968-ci ildə anadan olmuş polis serjantı Əşrəf Ağagül oğlu Orucov qəfil ürəktutmasından dünyasını dəyişib.
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, işdən çıxıb yaşadığı Xırdalan qəsəbəsinə çatan Ə.Orucovun ürəyində qəfil ağrı baş qaldırdığı üçün yaxınlıqdakı aptekdən dərman almaq istəsə də elə aptekin qarşısında dünyasını dəyişib.
Qeyd edək ki, 3 ay əvvəl mərhumun atası və qardaşı eyni gündə dünyasını dəyişmişdi. Belə ki, bu il fevral ayının 20-də Bakı şəhərindəki xəstəxanalardan birinə yerləşdirilmiş atasına aptekdən dərman alaraq yolu keçmək istəyən Biləsuvar rayon sakini Tarıqulu Orucovu maşın vuraraq öldürmüşdü. Xəstəxanada oğlunun ölüm xəbərini eşidən ata da bu acı xəbərdən dünyasını dəyişmişdi.
Əşrəf Orucov bu gün anadan olduğu Biləsuvar rayonunda torpağa tapşırılacaq.



Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar