Xəbər lenti
23/07/2026 [12:57]
Sabah 39° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

“Rusiya “Azərsun”u vurmaq üçün…” – Abdolbari Gözəl

Baxılıb: 608     Tarix: 16-03-2019 22:31   
“Hazırda şəkər tozunda dempinq var. Rusiya və Ukrayna Azərbaycan bazarına şəkər tozunu maya dəyərindən də aşağı qiymətlərə göndərirlər”.
Bunu, “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Gözəl media nümayəndələri ilə görüşü zamanı “Marja”nın sualına cavabında bildirib.
“Ötən il Rusiya dempinq etdi, bu il Ukrayna dempinq ilə məşğuldur. Şəkəri tozunu Azərbaycana maya dəyərindən də aşağı qiymətlərə satırlar”.
Qeyd edək ki, “Azərsun Holdinq” şəkər tozu istehsalçısıdır (İmişli Şəkər Zavodu).
Dempinq (ingilis dumpinq-azalma sözündəndir)- malların daxili və xarici bazarda süni surətdə endirilmiş, orta pərakəndə qiymətlərdən aşağı, bəzən isə maya dəyərindən aşağı satılmasıdır.
Dempinq bazara müdaxilə etmək, orada yer tutmaq, rəqibləri sıxışdırıb çıxarmaq məqsədilə həyata keçirilir.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar