Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Kredit borcu olanlara ŞAD XƏBƏR: Pulunuzu bu yolla alın

Baxılıb: 539     Tarix: 28-03-2019 10:59   

Problemli kreditlərlə bağlı elektron portal hazırlanıb.
Qanunvehedef.az publika.az-a istinadla xəbər verir ki, portalda fiziki şəxs ona hesablanmış kompensasiya məbləği ilə yanaşı, güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsi, kompensasiyanın cari borcların ödənilməsinə yönəldilən və vətəndaşa çatan hissəsi, həmçinin, restruktrizasiya güzəştinin şamil olunacağı cari kreditlər barədə məlumatlar var.
İşləmə mexanizmi isə belədir: borcu olan şəxs şəxsiyyət vəsiqəsini və mobil nömrəsini qeyd edəcək. Telefona şifrə gələcək və həmin şifrəni qeyd etməklə məlumatlara daxil olacaqsınız.
Bu https://pk.fimsa.az/az/kompensasiya linkə daxil ola bilərsiniz.
Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşı Orxan İsmayılov deyib ki, kreditləri ödəmiş şəxslər onlara düşəcək kompensasiyanın necə hesablandığı və hesabına yatırılan pul barədə dəqiq məlumat əldə edəcəklər.
Onun sözlərinə görə, portalda vəsaitin yatırıldığı bank, kart hesabı göstəriləcək. Restruktrizasiya ilə bağlı məlumatlar da eynilə portalda öz əksini tapıb.шаблоны для dle 11.2