Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Sığorta şirkətləri vətəndaşı süründürməçiliyə salır - Fəzail Ağamalı

Baxılıb: 582     Tarix: 29-03-2019 13:30   

Dövlət başçısı 2003-cü ildən etibarən xalqın yanında olduğunu dəfələrlə sübut edib və sonuncu Bakının Nizamı rayonu ərazisindəki ticarət mərkəzində baş verən yanğın zamanı bunu növbəti dəfə nümayiş etdirdi.
Qanunvehedef.az xəbər verir ki, bunu deputat Fəzail Ağamalı parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dövlət hər zaman belə kataklizmlər zamanı vətəndaşın yanında olub. "Ancaq hesab edirəm ki, hər belə hadisə baş verəndə məsuliyyəti dövlətin üzərinə qoymaq düz deyil. Hesab edirəm ki, gələcəkdə də belə və buna oxşar hadisələrin olacağı qaçılmazdır. Biz elə etməliyik ki, belə hadisələr baş verəndə məsuliyyəti sığorta şirkətləri üzərinə götürməlidir. Etiraf etməliyik ki, bu gün Azərbaycandakı sığorta şirkətləri üzərinə düşən vəzifəni yerinə yetirmir. Ona görə də xalqın sığorta şirkətlərinə inamı azdır. Vətəndaş daşınan, daşınmaz əmlakını sığortalayır, ancaq sığorta hadisəsi baş verəndə sığorta şirkətləri vətəndaşı süründürməçiliyə salır. Odur ki, biz sığorta institutunu işlək vəziyyətə gətirməliyik, bu quruma olan inamı artırmaq üşün mexanizm işlənilib hazırlanmalıdır. Təklif edirəm ki, çıxış yolu kimi xarici sığorta şirkətlərini Azərbaycana dəvət etməliyik"- millət vəkili bildiirb.шаблоны для dle 11.2