Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Aqil Abbas: "Vaxtilə deyəndə ki, "soğan əkin", çoxu məni təqhir edirdi, indi kilosu 2 manatdır"

Baxılıb: 537     Tarix: 01-04-2019 14:44   

"Vaxtilə mən deyəndə ki, "gedin soğan əkin", çox adam məni təqhir edirdi. O vaxtı mən demişdim ki, kim nə istəyirsə, əksin, becərsin. Lap gedib soğan əksinlər və sair. Mən belə demişdim, sonra bu fikirlərimi konteksdən çıxarıb "gedin soğan əkin" deyə yazdılar. İndi soğanın kilosu 2 manatdır".
Qanunvehedef.az xəbər verir ki, bu fikirləri demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas bildirib.
Deputat deyib ki, soğan çox bərəkətli nemətdir:
"Söhbət heç də bu gün soğanın qiymətinin baha olmasından getmir. Soğan strateji məhsuldur. İnsanlar müharibələrdən soğanla çıxıblar. Soğan-çörək yeyib müharibədən çıxan insanlar var. Onlar soğana görə ac qalmayıblar. Yəni, soğan, kartof, çörək ən vacib məhsullardır".
A.Abbas qeyd edib ki, indi Azərbaycanda soğan Türkiyəyə görə bahadır:
"Kəndli əkdiyi məhsulunu baha qiymətə Türkiyəyə satır. Heç kəs də onlara qadağa qoya bilməz. Məhsul kəndlinindir, o da istəyir, Türkiyəyə aparıb satır".шаблоны для dle 11.2