Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bazardakı bahalanma maaş və pensiya artımı ilə bağlıdır? - Deputatdan AÇIQLAMA

Baxılıb: 421     Tarix: 06-04-2019 16:38   
Maaş və pensiyaların məbləğinin artırılması ilə soğan, kələm və kartofun qiymətinin artımı arasında heç bir əlaqə yoxdur.
Bunu yeniavaz.com-a Milli Məclisin deputatı Azər Badamov bazarda sözügedən məhsulların qiymətinin artmasının maaş və pensiyaların məbləğinin artması ilə əlaqəsinin olmasına dair fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ölkəmizdə istehsal olunan soğan, kələm və kartof məhsulları tələbatı tam ödəmirdi: "Bu məhsullar bəzi ölkələrdən Azərbaycana idxal olunurdu. İdxal olunan ölkələrdə həmin məhsulların qiyməti artıb. İrandan ölkəmizə soğan və kartof gətirilirdi. Həmin ölkələrdə məhsulların qiyməti artıb və bununla əlaqədar ölkəmizə idxal azalıb. İdxal azaldığına və daxili bazarda kifayət qədər məhsul istehsal edilmədiyinə görə qiymətlərdə tələb və təklifə uyğun şəkildə müəyyən dəyişikliklər ola bilər".
A. Badamov vəziyyətdən çıxış yolu kimi iqtisadi tənzimləmə mexanizmi qurulmasının vacibliyinə diqqət çəkib: "İqtisadiyyat Nazirliyi soğanı idxal rüsumundan azad etmək istəyir, soğan, kələm və kartofun ixrac rüsumunu isə artırıb. Bu proseslər payız aylarında əksinə tətbiq olunmalıdır. Çünki ölkədə istehsalı artırmaq üçün fermerlər stimullaşdırılmalıdır. Bu stimullaşdırma da fermerin məhsul istehsal etdiyi dövrdə idxal olunacaq kələm, kartof və soğana xüsusi rüsumların tətbiq edilməsi ilə özünü göstərməlidir. Bu addım atılmalıdır ki, daxili bazara öz təsirini göstərməsin və o, genişlənsin, istehsal prosesi daha da artsın, ölkədə tələbatı daxili istehsal ödəsin".
Millət vəkili xatırladıb ki, bundan bir neçə il əvvəl isə Azərbaycanda kifayət qədər soğan istehsal olunurdu və xaricdən də idxal oldunduğundan qiymət çox aşağıydı: "Bu səbəbdən yerli istehsalçılar soğan istehsalını azaltmağa məcbur oldular, çünki rentabellik olmur. Heç bir fermer rentabelliyi olmayan məhsulu istehsal etmək istəməz. Yerli istehsalı qorumaq lazımdır ki, idxal yerli istehsalı üstələməsin, yerli istehsalın qiymətinə təsir göstərməsin və daxili bazarda belə anlarda qıtlıq yaranmasın. Ona görə də, birinci növbədə stimullaşdırıcı tədbirlər həyata keçirmək vacibdir, çünki ölkədə indidən əkin işlərinə start verilir, yazın başlanğıcıdır. Hazırda bazardakı qiymətlər fermerləri daha da stimallaşdıracaq ki, il boyu kifayət qədər soğan, kələm və kartof yetişdirsinlər. 3-4 aydan sonra qiymətlər yenidən aşağı düşəcək və normal, münasib səviyyəyə çatacaq".шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar