Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

AİB-i bu addıma manatın məzənnəsi sövq etdi – Ekspert

Baxılıb: 475     Tarix: 11-04-2019 16:32   

Asiya İnkişaf Bankının manatla istiqrazların buraxılması qərarına təsir göstərən əsas faktorlardan biri 2017-ci ilin fevralından sonra manatın məzənnəsinin stabil qalmasıdır.
Bu sözləri Asiya İnkişaf Bankının manatla istiqrazlarının buraxılması qərarını şərh edən iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert qeyd edib ki, artıq iki ildən artıqdır manat mövcud məzənnəsini qoruyub saxlayır:
“Təbii ki, burada Mərkəzi Bankın mövqeyi və proseslərə təsiri həlledicidir. Ancaq beynəlxalq maliyyə qurumları xüsusən də əvvəlki dövrlərdə milli valyutanın məzənnəsinin stabilliyini nəzərə alaraq, istiqrazların buraxılmasına dair qərar qəbul ediblər. Təbii ki, hələlik istiqrazlar bir növ pilot olaraq buraxılacaq. Daha sonra isə bu istiqrazlara marağın artması fonunda yeni emissiyaların buraxılması mümkündür. Bütün hallarda aparıcı maliyyə qurumlarından biri olan Asiya İnkişaf Bankı tərəfindən manatla istiqrazlarının buraxılması ölkədaxili qiymətli kağızlar bazarı üçün vacib şərtlərdən biridir”.
İqtisadçı bu fonda xüsusən də investorlarda manat istiqrazlarına marağın formalaşacağını deyib:
“Manatın məzənnəsinin stabilliyi davam edəcəyi halda digər ölkədaxili qurumlar tərəfindən də buraxılan istiqrazlara marağın artması mümkündür. Hələlik qiymətləndirmələr göstərir ki, vətəndaşların dollarla istiqrazlara marağı yüksəkdir. SOCAR-ın dollar istiqrazlarının alınması da bundan xəbər verir. Bu mənada ölkə daxilində manat istiqrazlarına marağın artırılması üçün Mərkəzi Bank tərəfindən mövcud məzənnənin uzunmüddətli dövrdə qorunub saxlanılması vacibdir”.
Qeyd edək ki aprelin 14-də Asiya İnkişaf Bankı xəzinədarlığının nümayəndə heyəti manat istiqrazlarının buraxılışı və yerləşdirilməsi mexanizmini müzakirə etmək üçün Azərbaycana səfər edəcək.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar