Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Azərbaycanda maraqlı toy: Nənə və babaya 65 ildən sonra "Vağzalı" çalındı

Baxılıb: 897     Tarix: 17-05-2018 10:05   
Göyçayda 65 il əvvəl ailə quran nənə və babanın toyu olub. 8 övladı, 20 nəvəsi, 10 nəticəsi olan bu cütlüyün qohumları mərasimə yığışıb. Onların evliliyinin 65 illiyində rayon icra hakimiyyətinin və qeydiyyat şöbəsinin əməkdaşları da iştirak ediblər.
Göyçay rayonunda 65 il əvvəl ailə quran nənə və baba üçün Beynəlxalq Ailə Günü münasibətilə toy mərasimi təşkil edilib. Yenikənd kəndində yaşayan Vəli Məmmədovla Tovuz Məmmədova 1953-cü ildə ailə qursalar da, onlar üçün toy musiqisi indi çalınıb.
1953-cü ildəVəlli Məmmədovla ailə quran Tovuz Məmmədovanın övladları, nəvələri, qohumları, Göyçay rayon icra hakimiyyətinin və qeydiyyqt şöbəsinin nümayəndələri yaşlı və nümunəvi ailə başçılarınıtəbrik üçün onların yaşdıqları evə yığışıblar.
İxtisasca müəllim olan Vəli baba deyir ki, ailəni uzun ömürlü etmək üçün ilk olaraq tərəflər bir-birini başa düşməlidir.
Tovuz nənə deyir ki, hazırdagənc ailələrdə uşaqların sayı az olur.Amma 50 il əvvələ baxsaq hər ailədə azı 4-5 övlad böyütmək mümkün idi.
Artıq 65 ildir ki, bir yerdə xoşbəxt ömür sürən Vəli baba və Tovuz nənə rayonda bir çox ailələrə nümunə göstərilir. Məmmədovlar ailəsinin 8 övladı, 20 nəvəsi və 10 nəticəsi var.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar