Xəbər lenti
26/05/2026 [12:24]
Sabah yağış yağacaq
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Problemli kreditlərə görə kompensasiya alacaq şəxslərin nəzərinə: Sabahdan etibarən…

Baxılıb: 852     Tarix: 14-04-2019 19:02   
Sabah problemli kreditlərlə bağlı kompensasiya alacaq vətəndaşlar barədə məlumatların tam olaraq "pk.fimsa.az" portalına inteqrasiya olunması prosesi yekunlaşacaq.
Turkustan.info bildirir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) ONA-ya verilən məlumata görə, problemli kreditlərin ödənişləri ilə bağlı yaradılmış pk.fimsa.az portalına daxil olmaqla bütün fiziki şəxslər onlara hesablanmış cəmi kompensasiya məbləği ilə yanaşı, güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsi, həmçinin restrukturizasiya güzəştinin şamil oluna biləcəyi cari kreditlər barədə ümumiləşdirilmiş məlumatları əldə edə biləcək.
Qeyd edək ki, indiyə qədər məlumatların portala inteqrasiyası getdiyindən fiziki şəxslərin bir qismi onlara ödənəcək kompensasiya ödənişi barədə məlumat əldə edə bilməyib. Belə hallarda vətəndaşlara onlar haqqında məlumatların yenilənməsinin getdiyi barədə məlumat verilib.
Problemli kreditlərlə bağlı kompensasiya və restrukturizasiya güzəştinin şamil olunacağı cari kreditlərlə bağlı ödənişlərin verilməsinə isə aprelin sonlarından başlanılacaq və may ayının sonuna kimi yekunlaşacaq.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar