Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Millət vəkili əcnəbi qadın nazirlərlə görüşüb

Baxılıb: 727     Tarix: 17-05-2018 10:47   
Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva Maltanın Bərabərlik və Avropa Məsələləri üzrə naziri Helene Dalli, Kambocanın Qadın məsələləri üzrə dövlət katibi Chan Sorey, Laosun Qadınlar Birliyinin nazir müavini Bouachanh Syhanath ilə görüşüb. Qanunvehedef.az xəbər verir ki, görüş zamanı onlara Azərbaycanla bağlı, ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu ilə bağlı danışıb, Qarabağ həqiqətləri ilə bağlı məlumatlar verib. Millət vəkili görüş zamanı 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə məlumatlar verib. Q. Paşayeva ölkələrimizin fəal qadınlarının əməkdaşlığının genişlənməsinin önəmindən də danışıb və fikir mübadiləsi olub. Millət vəkili görüşün sonunda Maltanın Bərabərlik və Avropa Məsələri üzrə naziri Helene Dalli, Kambocanın Qadın məsələləri üzrə dövlət katibi Chan Sorey, Laosun Qadınlar Birliyinin nazir müavini Bouachanh Syhanath-a Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib. Görüşdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova və gənc fəal Röyalə Şirinova iştirak ediblər.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar