Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Nazir: "Şahdəniz" yatağından indiyədək..."

Baxılıb: 702     Tarix: 22-04-2019 14:44   

"İndiyədək bu yataqdan 69,7 mlrd.kubmetr qaz ixrac edilib"
Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz"qaz kondensat yatağından işlənmənin əvvəlindən bu il aprelin 1-dək 104,2 mlrd.kubmetr qaz, 25,1 mln.ton kondensat hasil edilib.
Bunu Bakıda keçirilən SOCAR-ın IV Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya" forumunda energetika naziri Pərviz Şahbazov bildirib.
Onun sözlərinə görə, indiyədək bu yataqdan 69,7 mlrd.kubmetr qaz ixrac edilib.
"Bu ilin yanvar-mart aylarında ölkədə ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,1% çox, yəni 9,1 mlrd.kubmetr qaz hasil edilib.Hasil edilən qazın 4,3 mlrd.kubmetri,kondensatın isə 1 mln.tonu "Şahdəniz" yatağının payına düşür.
Ümumilikdə, 3,2 mlrd.kubmetr qaz ixrac edilib. İxrac edilən qazın həcmi ötən ilin müvafiq dövründən 26,6% çoxdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə Türkiyəyə 30,9% çox,yəni 2,2 mlrd.kubmetr qaz ixrac edilib.Aprelin 1-dək Türkiyəyə TANAP-la 1,5 mlrd.kubmetr qaz ixrac edilib".
Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub.
Layihədə BP (operator – 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6.7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.(report.az)шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar