Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

AÇG və BTC-nin payçısı gəlirlərini açıqlayıb

Baxılıb: 700     Tarix: 27-04-2019 14:18   
ABŞ-ın ikinci ən böyük neft-qaz şirkəti olan “Chevron” bu ilin yanvar-mart ayları ərzində hər səhminə görə, 1,39 ABŞ dolları qazanıb.
“Report”un şirkətin rüblük hesabatına istinadən verdiyi xəbərə görə, proqnozlarda isə həmin rəqəmin 1,30 dollar olacağı deyilib.
Amma ümumilikdə 2018-ci ilin eyni dövrü ilə müqayisədə “Chevron”un mənfəəti neft qiymətlərinin aşağı olması və hasilatın geriləməsi səbəbindən azalıb.
Bu ilin birinci rübündə “Chevron”un gəlirləri 27% azalaraq 2,65 mlrd. dollar olub. Nəticələrə görə, neft və təbii qaz istehsalı 7% artıb ki, bu da həcmin ikinci rübdə hər gün 3 mln. barelə çatacağını deməyə imkan verir.
Şirkətin “Upstream” biznesi ABŞ-da 100 mln. dollar artdığı halda, beynəlxalq neft-qaz hasilatından olan mənfəəti 12% geriləyərək 2,38 mlrd. dollara düşüb. “Downstream” əməliyyatları üzrə mənfəət isə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 65% azalaraq 252 mln. dollara düşüb.
Rüb üzrə “Chevron”un xərclərində 64%-lik böyük dalğalanma qeydə alınıb və xərclər 726 mln. dollara çatıb. Bundan əlavə ümumi daxilolmalar 35,19 mlrd. dollar olub ki, bu da ötən illə müqayisədə 5% azalma deməkdir. Analitiklər isə bu rəqəmin 38,43 mlrd. dollar olacağını proqnozlaşdırmışdı.
Şirkət səhmdarlarına hər səhm üzrə 1,19 dollar ödəyib ki, bu da 7%-lik artım deməkdir.
Xatırladaq ki, “Chevron”un yer aldığı layihələr sırasında “Azəri-Çıraq-Günəşli” (AÇG) və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərində payı var. Şirkət AÇG-də 9,57%, BTC-də isə 8,9% paya sahibdir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar