Milli Məclisdə "5 qəpik" və "cəmdək" söhbəti
Baxılıb: 585 Tarix: 18-05-2018 12:23
Dövlət rüsumu konkret olmalıdır, burada yuvarlaq rəqəm seçilməlidir.
Bunu parlamentin Aqrar siyasət komitəsinin mayın 18-də keçirilən iclasında millət vəkili Aydın Hüseynov deyib.
O, qeyd edib ki, "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə 5 qəpikdən 5 manatadək sözünün yazılması bir o qədər düzgün deyil:
"Çünki bildiyiniz kimi, reallıq budur ki, 5 qəpik dövriyyədə olsa da, istifadə olunmur. Hamısı yığılıb qalır. Ona görə rüsumda da bu məsələ aydın olmalıdır. Ya bir, ya iki, ya üç və sair manatadək qeyd olunmalıdır. Əgər belə olarsa, bu ortada olan qarışlığı aradan qaldıra bilər".
Millət vəkili İqbal Məmmədov da həmkarının fikrini-təklifini dəstəkləyib:
"Mən də hesab edirəm ki, burada dəqiqlik olmalıdır, 5 qəpik sözü çıxarılmalıdır. Konkret olaraq da, məsələn, toyuğun üzərinə etiket yapışdırılmalı və tutaq ki, bir manat, qoyun cəmdəyinin üzərinə 3 manat, mal cəmdəyinin üstünə 4 manat yazılmalıdır. Təbii ki, bu onların satış qiyməti deyil, amma bununla belə, burada qarışıqlıq olmasın deyə belə yazılmalı və 5 qəpik məsələsi aradan qaldırılmalıdır".
Milli Məclisin (MM) Aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə isə bildirib ki, bu məsələ əslində müvafiq icra hakimiyyəti orqanının, Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətinə aid ola məsələdir:
"Yəni, onlar özləri icra zamanı konkret olaraq rəqəm müəyyənləşdirəcəklər. Bu, qanunun predmeti deyil".
Sözügedən komitənin sədr müavini Eldar Quliyev öz növbəsində dəyişiklik layihəsinin plenar iclasa tövsiyə olunmasını, bununla yanaşı, plenar iclasa qədər Prezident Administrasiyasının (PA) müvafiq şöbəsi ilə bir daha bu məsələnin dəqiqləşdirilməsini məqsədəuyğun sayıb

Ən çox oxunanlar
Son xəbərlər