Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Azərbaycanda eşşəklərə fəhlələrdən 5 dəfə çox maaş verilirmiş - SENSASİON AÇIQLAMA

Baxılıb: 587     Tarix: 09-05-2019 14:20   

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova qalmaqal yaradacaq açıqlama ilə çıxış edi
Qanunvehedef.az-ın ona-ya istinadən məlumatına görə, institut direktoru rəhbərlik etdiyi qurumun qarşılaşdığı problemlərlə bağlı danışarkən deyib ki, arxeoloji qazıntılar zamanı işçi qüvvəsi tapmaqda çətinlik çəkirlər:
"Ən böyük problemimiz fəhlə problemidir. Arxeoloqlara beş-altı nəfərdən artıq fəhlə götürmək ixtiyarımız yoxdur. İkinci problemimiz isə fəhlələrə ayrılan puldur. Nazirlər Kabineti tərəfindən fəhlələrə müəyyənləşdirilən məbləğ çox azdır".
M.Rəhimovanın açıqlamasından məlum olub ki, Azərbaycanda aparılan arxeoloji qazıntlar zamanı eşşəklərə insandan daha yüksək məbləğ ödənilir: "Təsəvvür edin, arxeologiya işləri zamanı işlədilən eşşəyə 40 manat, fəhləyə isə 8 manat ayrılır. Siz özünüz fikirləşin - istidə, bəzi vaxtda qarda, yağışda işləyirlər. 8 manat onları qane edər? Yox. Fəhlə gedib başqa sahədə çalışsa, rahatca 15-20 manat qazanar. Bax, bizim bu problemimiz var".





Son xəbərlər
{sape_links}{sape_article}