Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“İldə 30-40 min sahibkarlıq subyektləri bağlanır” – Ziyad Səmədzadə

Baxılıb: 644     Tarix: 20-05-2019 12:00   

“Sahibkarlar maliyyə mənbələrinə çıxışda əziyyət çəkirlər”.
“Report” xəbər verir ki, bu gün Bakıda keçirilən İqtisadiyyat Nazirliyinin yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ( KOBİA) dəstəyi ilə “Kiçik və orta biznesin inkişafında ictimai şuraların rolu” mövzusunda forumda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib.
Onun sözlərinə görə, Azərbaycanda sahibkarlıq institutu inkişaf edir:
“Özəl sektor Azərbaycan iqtisadiyyatının 80 faizini təşkil edir. Sahibkarlıqla məşğul olan insanların sayı 1 milyona yaxınlaşır”.
O, KOBİA-nın fəaliyyətinə diqqət çəkib: “Bu istiqamətdə KOBİA mühüm işlər həyata keçirir”.
Z.Səmədzadə əlavə edib ki, ildə 30 -40 min sahibkarlıq subyektləri bağlanır, ona görə ki, maliyyədən düzgün istifadə edilmir.
“Bununla yanaşı, sahibkarlar maliyyə mənbələrinə çıxışda əziyyət çəkirlər. Təbii ki, kölgə iqtisadiyyatı var. Bu istiqamətdə ictimai şuraların yaradılması sahibkarlıq fəaliyyətinə müsbət təsir edəcək. İctimai Şurada gələcəkdə monitorinqlər aparılmasını istərdim”, – deyə millət vəkili bildirib.
Deputat əlavə edib ki, sahibkarlıq fəaliyyəti ilə bağlı bir sıra işlər həyata keçirməliyik.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar