Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Azərbaycanın çay idxalı ixracını 10 dəfədən çox üstələyib

Baxılıb: 600     Tarix: 22-05-2019 12:10   

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 2,658 mln. ABŞ dolları dəyərində 419 ton çay ixrac edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 556 min dollar (17,3%), həcm baxımından isə 58 ton (12,1%) ton azdır.
Eyni zamanda, bu ilin ilk dörd ayında Azərbaycan 16,688 mln. dollar dəyərində 4 377 ton çay idxal edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 817 min dollar (5,1%), həcm baxımından isə 242 ton (5,85%) çoxdur.
Hesabat dövründə çay ixracı Azərbaycanın ümumi ixracının 0,04%-ni, çay idxalı isə ölkənin ümumi idxalının 0,37%-ni təşkil edib. Bununla da, yanvar-aprel aylarında Azərbaycanın çay idxalı ixracını 10,4 dəfə üstələyib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar