Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

2018-ci ildə manatın məzənnəsi... - Deputat

Baxılıb: 613     Tarix: 31-05-2019 12:37   

"2018-ci ildə manatın məzənnəsi sabit qalıb, inflyasiya tək rəqəmli olub".
Qanunvehedef.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanunun layihəsinin I oxunuşda müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib.
Z. Səmədzadə deyib ki, keçən il xarici ticarət dövriyyəsi 30,9 faiz artaraq 31,8 milyard dollara çatıb, 20,3 milyard dollar müsbət saldo yaranıb:
"Keçən il şəffalığın bərpa olunması üçün vergi ödəyiclərinə zaman verilib, səyyar yoxlamalar 3,4 dəfə azalıb. Vergi proqnozu 7 milyard 380 milyon manata qarşı 7 milyard 415 milyon manat icra olunub. 2018-ci ildə dövriyyələrin şəffaflaşdırılmasına başlanıb. İqtisadiyyat üzrə dövriyyənin 5,3 faizi sadələşdirilmiş vergiyə cəlb edilib. Özəl sektordan daxil olmalar vergi daxilolmaların 5,1 faizə, vergi ödəyicilərinin sayı 970 min 304 nəfərə çatıb. Keçən il açılan müəssisələrin sayı bağlanan müəssisələrin sayından 1,9 dəfə çox olub. Təklif edərdim ki, müvafiq strukturlar bağlanan müəssiəslərin monitorinqini aparsınlar. İri, orta müəssisələr niyə bağlanır? Biz bunu araşdırsaq, əminəma ki, konkret nəticələr əldə olunar və fəaliyyətini dayandıran müəssisələrin sayını minimuma endirə bilərik. Hər bağlanan müəssisənin arxasında işçilər, məşğulluq dayanır ".
Aysel Yusifqızıшаблоны для dle 11.2