Xəbər lenti
22/07/2026 [13:21]
Sabah hava necə olacaq?
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SOCAR İran neftinin idxalından imtina edir

Baxılıb: 696     Tarix: 06-06-2019 14:17   
Gələn ay Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədəki “Star” neft emalı zavodunda (NEZ) emal üçün İraqdan xam neft alacaq.
Trend-in məlumatına görə, bu barədə “SOCAR Turkey Energy”nin rəhbəri Zaur Qəhrəmanov deyib.
O qeyd edib ki, İranın xam neftindən istifadə edən emal zavodları gələcəkdə ABŞ-ın sanksiyaları ucbatından problemlə üzləşə bilərlər.
“SOCAR Turkey Energy”nin rəhbərinin sözlərinə görə, bu günə qədər “Star” neft emalı zavodu tərəfindən 1,5 milyon ton xam neft alınıb:
“İlin sonuna qədər 8 milyon ton xam neft emalını planlaşdırırq. Gələn aydan isə İraqdan xam neft almağa başlayacağıq”.
Qeyd edək ki, 2018-ci il oktyabrın 19-da İzmirdə “Star” neft emalı zavodunun açılışı olub. Zavodun dəyəri 6,3 milyard dollar təşkil edir.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar