Xəbər lenti
26/05/2026 [12:24]
Sabah yağış yağacaq
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Gürcüstanda orta aylıq əməkhaqqı açıqlanıb

Baxılıb: 530     Tarix: 17-06-2019 13:27   

Bu ilin I rübündə Gürcüstanda orta aylıq əməkhaqqı 1092,7 lari (400 dollar) təşkil edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
İllik müqayisədə orta aylı əməkhaqqı 33,5 lari artıb.
Hesabat dövründə ən yüksək orta aylıq əməkhaqqı 1894,3 lari (691 dollar) olmaqla maliyyə və sığorta sahəsində qeydə alınıb. Əməkhaqqının yüksək olduğu ikinci sahə peşə, elmi və texniki fəaliyyət (1799 lari/655 dollar), üçüncü isə informasiya və kommunikasiya sahəsi (1751,8 lari/638 dollar) olub.
Yanvar-mart aylarında qonşu ölkədə iqtisadiyyatın əksər sahələrində kişilərin orta aylıq əməkhaqqı qadınlara nisbətən yüksək olub. Belə ki, qadınların orta aylıq əməkhaqqı 876,1 lari (319 dollar), kişilərin isə 1294,1 lari (471 dollar) təşkil edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar