Xəbər lenti
19/08/2025 [12:53]
Sabah 37° isti olacaq
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Nazir islahatlara başladı: Əlillik yeni üsullarla təyin olunacaq

Baxılıb: 709     Tarix: 21-05-2018 12:47   
"Əlilliyin təyin olunması ilə bağlı məsələləri araşdırırıq və bu sahədə islahatlar aparmaq istəyirik".

"APA-Economics" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında çıxışı zamanı bildirib.


S. Babayevin sözlərinə görə, həm qanunvericilik, həm prosedur, həm də ümumilikdə bu prosesin sosial ədalətli olması baxımından islahatlar aparmağa ehtiyac var.
 
"Əlilliyin meyarlarına baxılmalı, beynəlxalq təcrübəyə uyğunlaşdırılmalı, ərizə-müraciətlərin təqdim olunma forması araşdırılmalı, bu sahə ilə məşğul olan müxtəlif dövlət orqanlarının işi əlaqələndirilməlidir, prosesi tam şəffaf şəkildə etmək istəyirik. Prosesin hər hansı ləngimə və ya administrativ-bürokratik maneə ilə rastlaşmamasını təmin etmək istəyirik. İstəyirik ki, haqqı çatan hər bir şəxsin buna çıxışı olsun, çatmayanların isə qarşısı alınsın. Bu işlər sistemli şəkildə görüləcək. Bununla bağlı müvafiq komissiya yaradılıb. Həm Səhiyyə Nazirliyində işçi qrupu, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçi qrupu yaradılıb. Bu iki işçi qrup birgə işləyərək kriteriya, normativ hüquqi baza və prosedur baxımından təkliflər hazırlayırlar",- deyə nazir qeyd edib.шаблоны для dle 11.2